Sabirabad. 25 dekabr. REPORT.AZ/ Sabirabad rayonunda xəstəxanada dünyasını dəyişən yeniyetmə qızın adı məlum olub.
"Report"un Aran bürosunun məlumatına görə, rayonun Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Gözəlova Leyla Şövqi qızı zəhərlənmə diaqnozu xəstəxanaya ilə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, yeniyetmə qız dünyasını dəyişib. İlkin məlumata görə, qızın dərman preparatından zəhərləndiyi ehtimal olunur.
***14:04
Sabirabad. 25 dekabr. REPORT.AZ/ Sabirabad rayonunda yeniyetmə qız zəhərlənmədən dünyasını dəyişib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Belə ki, hələlik adı açıqlanmayan yeniyetmə qız zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.