Yuxarı
    Bağlamaq

    Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

    Qazel markalı yük avtomobili ilə KİA markalı minik avtomobili toqquşub

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Ötən gecə Azərbaycanın Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

    Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlum olub ki, "Qazel" markalı yük avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü 1993-cü il təvəllüdlü Faiq Ədalət oğlu Qarayev hadisə yerində dünyasını dəyişib. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğrayan minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücü F.Qarayevin meyitini xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Əməliyyat saat 23:55-də başa çatıb. Qəza ilə bağlı araşdırmalar davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi