Yuxarı
    Bağlamaq

    ​Sabirabaddakı yanğında bir ailənin 5 üzvü yanaraq ölüb - YENİLƏNİB

    Ölənlərdən ikisi qadın, üçü isə azyaşlıdır

    Bakı. 16 dekabr. REPORT.AZ/ Sabirabad rayonunun Qaratuğay kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir.

    Yanğın zamanı 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızının cəsədləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    ilk xəbər saat 07:32-də yayımlanıb

    Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gecə Sabirabad rayonunda faciə ilə nəticələnən yanğın hadisəsi baş verib.

    "Report" xəbər verir ki, evdə baş verən yanğın nəticəsində iki azyaşlı uşaq yanaraq külə dönüb.

    Hadisə rayonun Qaratuqay kəndində qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi