Sabirabad və Saatlıda iki qonşusunu öldürüb ömürlük cəza alan şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Sabirabad və Saatlıda iki qonşusunu öldürüb ömürlük cəza alan şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası noyabrın 23-nə təyin edilib
Hadisə
12 Noyabr , 2018 15:06
Sabirabad və Saatlıda iki qonşusunu öldürüb ömürlük cəza alan şəxsin şikayəti əsasında məhkəmə başlayıb
0 : 00
0 : 00

Bakı. 12 noyabr. REPORT.AZ/ Şirvan Apellyasiya Məhkəməsində iki qonşusunu öldürməkdə təqsirləndirilən Firqət Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin mart ayının 12-də baş verib. F.Əliyev Sabirabad rayon ərazisində Teymur Sadıqovu bıçaqla qətlə yetirib, sonra Saatlı rayonuna gedərək Kamran Yaqubovu da öldürüb. O, hadisə yerindən uzaqlaşarkən keçirilən istintaq-axtarış tədbirləri ilə saxlanılaraq Sabirabad rayon Polis şöbəsinə gətirilib.

Qətlə səbəb T.Sadıqov və K.Yaqubovun F.Əliyevi söyməsi olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əliyev ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi