Bakı. 3 fevral. REPORT.AZ/ Sabirabad şəhərində azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, nazirliyin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər mənzilə daxil olub və azyaşlı uşağı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.