Sabirabad sakininin həyətindən 80 ədəd çətənə kolu aşkarlanıb

Sabirabad sakininin həyətindən 80 ədəd çətənə kolu aşkarlanıb Sabirabad. 14 iyun. REPORT.AZ/ Sabirabad polisi çətənə kolu aşkarlayaraq götürüb.
Hadisə
14 İyun , 2018 11:58
Sabirabad sakininin həyətindən 80 ədəd çətənə kolu aşkarlanıb
Report
0 : 00
0 : 00

Sabirabad. 14 iyun. REPORT.AZ/ Sabirabad polisi çətənə kolu aşkarlayaraq götürüb.

Bu barədə “Report”un Aran bürosuna DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. 

Belə ki, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Suqovuşan kənd sakini, 57 yaşlı Şirzad Bağırov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 80 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi