Sabirabad sakini tapança satarkən tutulub

Sabirabad sakini tapança satarkən tutulub O, Masazır qəsəbəsi ərazisində yaxalanıb
Hadisə
8 Fevral , 2016 13:08
Sabirabad sakini tapança satarkən tutulub

Bakı. 8 fevral. REPORT.AZ/ Sabirabad rayon sakini "Makarov" markalı tapançanı satarkən tutulub. "Report"un xəbərinə görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Hacıyev nömrəsi silinən "Makarov" markalı tapançanı və içərisində 8 ədəd patron olan patron darağını Masazır qəsəbəsi ərazisində satarkən tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi