Yuxarı
    Bağlamaq

    Sabirabad sakini həyat yoldaşının qohumları tərəfindən bıçaqlanıb

    Hadisə axşam saatlarında rayonun Çığırqan kəndində qeydə alınıb

    Sabirabad. 8 yanvar. REPORT.AZ/ Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Çığırqan kəndində qeydə alınıb.

    Kənd sakini, 37 yaşlı Təhmasib Qurbanəli oğlu Səfərov bıçaq xəsarətləri ilə Salyan Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

    İlkin məlumata görə, Təhmasib Səfərov yoldaşının əmisi oğlu və bacanağı tərəfindən bıçaqlanıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi