Yuxarı

​Sabirabad sakini 500 qram narkotiklə saxlanılıb - VİDEO

Eldar Atamoğlanov Kürdəmirdə tutulub

Bakı. 11 mart. REPORT.AZ/ Kürdəmirdə üzərində narkotik maddə olan şəxs saxlanılıb.

Kürdəmir rayon Polis şöbəsindən "Report"a verilən məlumata görə, Sabirabad rayon Əliləmbəyli kənd sakini, 50 yaşlı Eldar Atamoğlanov "QAZ-2410" markalı avtomobili ilə Kürdəmirin Axtaçı kəndi istiqamətində hərəkətdə olarkən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Polis tərəfindən avtomobilə baxış zamanı onun üzərindən və avtomobilindən 20 kibrit qutusunda ümumi çəkisi 100 qr. olan qurudulmuş marixuana aşkarlanıb. Həmçinin axtarış zamanı onun yaşayış evindən də sellofon torba və 11 ədəd kibrit qutusunda ümumi çəkisi 399 qr. təşkil edən qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İstintaq-axtarış tədbirləri zamanı məlum olub ki, təqsirləndirilən şəxs ümumi çəkisi 499 qr. olan bu narkotik vasitəni ötən ilin sentyabr ayından naməlum mənbədən əldə edərək şəxsi istifadə məqsədilə saxlayırmış.

Məlumata görə, təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi