Sabirabad sakini 3 kq-dan artıq narkotiklə tutuldu

Sabirabad sakini 3 kq-dan artıq narkotiklə tutuldu Sabirabad sakinində narkotik aşkarlanıb.
Hadisə
11 Yanvar , 2021 12:58
Sabirabad sakini 3 kq-dan artıq narkotiklə tutuldu

Sabirabad sakinində narkotik aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bildiq kənd sakini S.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun qohumuna məxsus evdə gizlətdiyi 3 kq 120 qram marixuana götürülüb.

Son xəbərlər

Orphus sistemi