Sabirabadda ikimərtəbəli yaşayış evi yanıb - FOTO

Sabirabadda ikimərtəbəli yaşayış evi yanıb - FOTO Hazırda yanğın davam edir
Hadisə
22 Noyabr , 2016 11:48
Sabirabadda ikimərtəbəli yaşayış evi yanıb - FOTO

Bakı. 22 noyabr. REPORT.AZ/ Sabirabad rayanunda fərdi yaşayış evində yanğın baş verib.

"Report"un Aran bürosunun müxbirinin verdiyi məlumata görə, hadisə rayonunu Yenikənd kəndində yerləşən Vidadi Yusifova məxsus ikimərtəbəli yaşayış evində qeydə alınıb.

Hazırda yanğın davam edir. Hadisə yerinə Sabirabad Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın evin dam hissəsində başlayıb. 

Yanğının səbəbi hələ müəyyənləşməyib.

Son xəbərlər

Orphus sistemi