Yuxarı

Sabirabadda ev yanıb

Hadisə Nərimankənd kəndində baş verib

Bakı. 11 iyul. REPORT.AZ/ Sabirabad rayonunun Nərimankənd kəndində yanğın hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, rayon mərkəzindən 15 km aralıda yerləşən bu kənddə ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının tavanı qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi