Sabiq polis zabiti 33 nəfərə qarşı dələduzluqda ittiham edilir

Sabiq polis zabiti 33 nəfərə qarşı dələduzluqda ittiham edilir Dələduzluqda ittiham olunan sabiq polis zabiti Mehman Əsədov və onunla birlikdə təqsirləndirilən Dəniz Əsədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
28 Fevral , 2020 12:50
Sabiq polis zabiti 33 nəfərə qarşı dələduzluqda ittiham edilir
Freepik.com

Dələduzluqda ittiham olunan sabiq polis zabiti Mehman Əsədov və onunla birlikdə təqsirləndirilən Dəniz Əsədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Hakim Siyavuş Hacıyevin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək. 

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Onlar müxtəlif vədlərlə vətəndaşları aldadaraq, onların əmlakını ələ keçirməkdə təqsirləndirilirlər. İş üzrə 33 zərərçəkmiş var.

Xatırladaq ki, M.Əsədov Sabunçu Rayonu 13-cü Polis Bölməsinin rəis müavini olub. O, ötən ilin mart ayında ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi