Sabiq polis rəisi barəsində yayılan məlumatlara münasibət bildirib

Sabiq polis rəisi barəsində yayılan məlumatlara münasibət bildirib “Rüfət Qasımov iki nəfərə qarşı qeyri-qanuni əməliyyat keçirib və onlardan rüşvət alıb”
Hadisə
140
3 Aprel , 2017 15:41
Sabiq polis rəisi barəsində yayılan məlumatlara münasibət bildirib

Bakı. 3 aprel. REPORT.AZ/ Bakının Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sabiq rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynov haqqında yayılan məlumata münasibət bildirib.

C.Hüseynov “Report”a açıqlamasında deyib ki, bölmənin əməkdaşı polis kapitanı Rüfət Qasımov 20 Yanvar – Ümumxalq Hüzn Günü rəhbərliyin icazəsi olmadan xidməti yerini tərk edib: “Rüfət Qasımov iki nəfərə qarşı qeyri-qanuni əməliyyat keçirib və onlardan rüşvət alıb”.

C.Hüseynov bildirib ki, bu əmələ görə Rüfət Qasımov işdən və daxili işlər orqanlarından çıxarılıb: “Tabeçiliyimdə olan əməkdaş bu cür əmələ yol verdiyinə görə mən də sərəncama götürüldüm. Həmin qanunsuz əməliyyatda mənim iştirakımla bağlı yayılan məlumatlar yanlışdır”.

Son xəbərlər

Orphus sistemi