Sabiq polis əməkdaşının apellyasiya şikayəti təmin edilməyib

Sabiq polis əməkdaşının apellyasiya şikayəti təmin edilməyib Bakı Apellyasiya Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Sərxan Sadıqovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
13 Aprel , 2019 09:16
Sabiq polis əməkdaşının apellyasiya şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı Apellyasiya Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Sərxan Sadıqovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Sadıqovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, S.Sadıqov Bakı Şəhər Baş Polis İdarəsinə tabe olan “Bakı Metropoliteni”ndə polis şöbəsinin əməkdaşı olub. O, Sədrəddin KərimovXəyyam Səfərzadəyə maşın nömrəsi alacağı vədini verib. Lakin S.Sadıqov sonradan verdiyi vədə əməl etməyib.

Ümumilikdə, həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi