Sabiq polis əməkdaşı və anasının şikayəti əsasında məhkəmə başlayıb

Sabiq polis əməkdaşı və anasının şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin edilib
Hadisə
9 Dekabr , 2017 13:02
Sabiq polis əməkdaşı və anasının şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Almaz Qurbanova və oğlu, sabiq polis əməkdaşı Şaiq Qurbanovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan A.Qurbanova 2012-ci illərdən 10 qadının etibarından sui-istifadə edərək paltar ticarəti adı altında onların, ümumilikdə, 130 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

A.Qurbanova barəsində həbs qətimkan tədbiri seçilsə də, oğlu Ş.Qurbanovun barəsində başqa yerə getməmə qətimkan tədbiri təyin olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Qurbanova 9 il müddətinə azadlıqdan məhrum edilib. Ş.Qurbanov isə 7 il müddətinə azadlıqdan məhrum olunub və onun barəsində seçilmiş başqa yerə getməmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan hər iki şəxs apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi