Sabiq nazir müavininin qohumunun məhkəməsində zərərçəkmiş barəsində məcburi gətirilmə qərarı çıxarılıb

Sabiq nazir müavininin qohumunun məhkəməsində zərərçəkmiş barəsində məcburi gətirilmə qərarı çıxarılıb Proses avqustun 18-də davam etdiriləcək.
Hadisə
11 Avqust , 2017 10:50
Sabiq nazir müavininin qohumunun məhkəməsində zərərçəkmiş barəsində məcburi gətirilmə qərarı çıxarılıb

Bakı. 11 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəsinə yeni vəkil qoşulduğu elan olunub.

Müdafiəçi cinayət işi ilə tanış olmadığı üçün məhkəmədən vaxt istəyib.

Bundan başqa, zərərçəkmiş Mahmud Şəmmətzadənin məhkəmə iclaslarına gəlmədiyi elan edilib. Məhkəmə onun barəsində məcburi gətirilmə ilə bağlı qərar çıxarıb.

Proses avqustun 18-də davam etdiriləcək.

Qeyd edək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

Son xəbərlər

Orphus sistemi