Sabiq nazir müavininin qohumu zərərçəkmişlərə 5 milyon manat qaytarıb - MƏHKƏMƏ

Sabiq nazir müavininin qohumu zərərçəkmişlərə 5 milyon manat qaytarıb - MƏHKƏMƏ Bakı. 11 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
11 Dekabr , 2017 11:15
Sabiq nazir müavininin qohumu zərərçəkmişlərə 5 milyon manat qaytarıb - MƏHKƏMƏ

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə E.Hüseynov cinayət işində zərərçəkmiş qismində tanınan 4 şəxsə dəymiş zərəri ödədiyini deyib. O, zərərçəkmişlərə, təqribən, 5 milyon manat qaytardığını bildirib.

Növbəti məhkəmə iclasında E.Hüseynova dövlət ittihamçısının cəza istəyəcəyi gözlənilir.

Məhkəmənin növbəti iclası dekabrın 15-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb. Zərəçəkmişlərə ümumilikdə 8 milyon manata yaxın ziyan dəyib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur. E.Hüseynovun qardaşı Rahib Hüdeynov da dələduzluqda təqsirli bilinir. Onun cinayət işinə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə baxılır.

Son xəbərlər

Orphus sistemi