Yuxarı
    Bağlamaq

    Sabiq MTN polkovniki kassasiya şikayətini geri götürüb

    Bakı. 12 yanvar. REPORT.AZ/ Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Ceyhun İbayev Vüqar Güləli barəsində olan məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.

    "Report"un xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin kassasiya şikayətini geri götürdükləri elan olunub.

    İttiham aktına əsasən, Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli,  Anar İsmayılov Nicat Əliyevin bir qrup vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edib.

    Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Güləli 8 il, C.İbayev 6 il 6 ay, V.Əsədov 6 il 6 ay, N.Əliyev 6 il 6 ay və A.İsmayılov 2 il müddətinə azadlıqdan məhrum edilib. C.İbayev məhkəmə zalında həbs olunub, V.Əsədov və A.İsmayılovun barəsində isə şərti cəza verilməsinə dair qərar çıxarılıb. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Əsədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.

    Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki, V.Əsədov isə Penitensiar xidmətin keçmiş əməkdaşıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi