Sabiq MTN əməkdaşının vəkili cinayət işinin prokurorluğa qaytarılması barədə vəsatət qaldırıb

Sabiq MTN əməkdaşının vəkili cinayət işinin prokurorluğa qaytarılması barədə vəsatət qaldırıb Bakı. 16 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Hadisə
16 İyul , 2018 15:11
Sabiq MTN əməkdaşının vəkili cinayət işinin prokurorluğa qaytarılması barədə vəsatət qaldırıb

Bakı. 16 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb.

O deyib ki, istintaq dövründə müvəkkilinə qarşı kobud qanun pozuntular olub. Vəkil cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirmək üçün məhkəmədən vaxt tələb edib.

Məhkəmə iclası iyulun 18-dək təxirə salınıb.

İttiham aktına əsasən, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənovun 124 min manat pulunu ələ keçirməkdə ittiham olunur. O, həmin pul qarşılığında T.Həsənovun torpaq sahəsini sənədləşdirmə vədini verib. Lakin sonradan vədinə əməl etməyib.

T.Rəcəbov barəsində həbs qətimkan tədbiri seçilməyib.

T.Rəcəbov qızıl biznesi ilə məşğul olub.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İş adamı T.Rəcəbov daha əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb və hədə-qorxu və təzyiqlərə məruz qalıb.

T.Rəcəbov MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Xatırladaq ki, T.Rəcəbov xüsusi xidmət orqanının ehtiyatda olan polkovnikidir.

O, məhkəmə iclasında anket məlumatları dəqiqləşdirilən zaman deyib ki, T.Rəcəbov ali təhsillidir, 1998-ci ildən 2002-ci ilə qədər ləğv edilmiş Milli Təhlükəsizlil Nazirliyinin əməkdaşı olub.

Son xəbərlər

Orphus sistemi