Sabiq MTN əməkdaşına qarşı dələduzluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Sabiq MTN əməkdaşına qarşı dələduzluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Bakı. 24 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Azad Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
24 Yanvar , 2019 13:15
Sabiq MTN əməkdaşına qarşı dələduzluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
Report

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Azad Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 4-nə təyin edilib.

İttiham aktına əsasən, A.Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı Faiq Muxtarovun etibarından sui-istifadə edərək biznes qurmaq, işə düzəltmək və müxtəlif vədlərlə ondan külli miqdarda pul alıb.

Bundan başqa, A.Əliyev universitetə tələbə qəbul etdirmək, işə düzəltmək, biznes qurmaq adı ilə daha 5 nəfərə qarşı dələduzluq edib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldikdə) və 29, 312-ci (rüşvət verməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi