Sabiq direktorun məhkəməsinə zərərçəkmiş və şahidlər məcburi gətiriləcəklər

Sabiq direktorun məhkəməsinə zərərçəkmiş və şahidlər məcburi gətiriləcəklər Bakı. 4 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Telman Səlimov, Məhəmməd Qafarov və Vaqif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
4 Yanvar , 2019 12:04
Sabiq direktorun məhkəməsinə zərərçəkmiş və şahidlər məcburi gətiriləcəklər

Bakı. 4 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Telman Səlimov, Məhəmməd QafarovVaqif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər Məmmədov İlqar Sabir oğlu, Hacıyev Qismət Mirzə oğlu, Məmmədov Emin Tapdıq oğlu və şahid Hüseynov Tural Şakir oğlunun məhkəməyə gəlmədiyi elan olunub.

Hakim bildirib ki, zərərçəkmişlər və şahidlərin məhkəməyə gəlmələri ilə bağlı onlara dəfələrlə xəbərdarlıq edilib, lakin həmin şəxslər məhkəmənin çağırışına məhəl qoymurlar.  Bu səbəbdən məhkəmə onların barəsində məcburi gətirilmə barədə qərar çıxarıb.

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Xatırladaq ki, T.Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.

O, bundan əvvəl də məhkum olunub. Bir müddət əvvəl Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.

Dələduzluqda təqsirləndirilən T.Səlimovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən eyni əmələ görə həbs edilib.

O, bu dəfə dələduzluqda M.Qafarov və V.Əliyevlə birgə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi