Sabiq deputat banka qoyduğu əmanətin 30 min manatını geri alıb

Sabiq deputat banka qoyduğu əmanətin 30 min manatını geri alıb O, 15 il əvvəl “Bank Standard”a 24 min dollar məbləğində əmanət qoyduğunu deyib
Hadisə
23 İyun , 2017 16:45
Sabiq deputat banka qoyduğu əmanətin 30 min manatını geri alıb

Bakı. 23 iyun. REPORT.AZ/ Sabiq deputat Gülər Əhmədova ləğvetmə prosesində olan “Bank Standard”a qoyduğu əmanətinin 30 min manat sığorta hissəsini geri alıb.

Bu barədə “Report”a o, özü məlumat verib.

G.Əhmədova banka təxminən 15 il əvvəl 24 min dollar məbləğində əmanət qoyduğunu deyib.

Keçmiş deputat banka qoyduğu əmanətinin qalan hissəsini hələ də ala bilmədiyini əlavə edib.

Son xəbərlər

Orphus sistemi