Sabahdan vətəndaşlar yeni nəsil şəxsiyyət vəsiqəsi üçün polis və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər

Sabahdan vətəndaşlar yeni nəsil şəxsiyyət vəsiqəsi üçün polis və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olacaq
Hadisə
31 Avqust , 2018 12:02
Sabahdan vətəndaşlar yeni nəsil şəxsiyyət vəsiqəsi üçün polis və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ Sabahdan - sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır.

“Report”un xəbərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələri üçün vətəndaşlar bütün ərazi polis orqanlarına və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı - çip yerləşdiriləcək. Bütün parametrlərə cavab verən, saxtalaşdırılmanın qarşısının alındığı, məlumatların elektronlaşdırıldığı şəxsiyyət vəsiqələrinin çapı Daxili İşlər Nazirliyinin 10 regional mərkəzində və iki “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi