Sabah Gəncədə erməni diversantın növbəti məhkəmə prosesi keçiriləcək

Sabah Gəncədə erməni diversantın növbəti məhkəmə prosesi keçiriləcək Arsen Baqdasaryana hökm oxunacağı gözlənilir
Hadisə
26 Aprel , 2015 14:28
Sabah Gəncədə erməni diversantın növbəti məhkəmə prosesi keçiriləcək

Bakı. 26 aprel. REPORT.AZ/ Aprelin 27-də Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni hərbi qulluqçu Arsen Baqdasaryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

"Report" xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək məhkəmədə Arsen Baqdasaryana hökm oxunacağı gözlənilir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham olunan erməni hərbçisini vəkil Ramiz Məmmədov müdafiə edəcək.

Ermənistanda xüsusi təlim keçmiş Arsen Eduardoviç Baqdasaryan Azərbaycanın işğal edilmiş Ağdərə rayonu ərazisindəki erməni silahlı dəstələrində kəşfiyyat bölüyünün tağım komandiri olub. O, 26 dekabr 2014-cü il tarixində təxribat qrupu ilə birgə qoşunların təmas xəttini keçərək, Milli Ordumuzun müdafiə mövqelərində “fuqas” tipli piyada əleyhinə mina yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub.

Cinayət törətməkdə əsaslı şübhələr olduğundan Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs-qəti imkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi