Saatlıda yük maşınının sürücüsü döyülüb

Saatlıda yük maşınının sürücüsü döyülüb Saatlı rayonunda sürücü döyülüb.
Hadisə
6 İyul , 2021 19:34
Saatlıda yük maşınının sürücüsü döyülüb
0 : 00
0 : 00

Saatlı rayonunda sürücü döyülüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun “Arxa yol”adlı ərazisində qeydə alınıb.

Belə ki, Hacıqabul rayonunun Atbulaq kənd sakini, 1990-cı il təvəllüdlü Cəbrayılov Fuad Eyvaz oğlu idarə etdiyi “Ford” markalı yük maşınında tanımadığı şəxslər tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi