Saatlıda yol qəzası olub, yaralananlar var

Saatlıda yol qəzası olub, yaralananlar var Saatlı. 8 avqust. REPORT.AZ/ Saatlı rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 Avqust , 2018 17:58
Saatlıda yol qəzası olub, yaralananlar var

Saatlı. 8 avqust. REPORT.AZ/ Saatlı rayonunda  2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Əlisoltanlı kəndində qeydə alınıb. 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Əlisoltanlı kənd sakinləri - 1940-cı il təvəllüdlü İsmayılov İldırım Xanlar oğlu və 1965-ci il təvəllüdlü İsmayılov Qubad İdris oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi