Saatlıda yol qəzası olub, bir ailənin 3 üzvü xəsarət alıb - YENİLƏNİB

Saatlıda yol qəzası olub, bir ailənin 3 üzvü xəsarət alıb - YENİLƏNİB Saatlı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları mə\lum olub.
Hadisə
12 İyun , 2019 00:03
Saatlıda yol qəzası olub, bir ailənin 3 üzvü xəsarət alıb - YENİLƏNİB
Foto: "Report"

Saatlı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları mə\lum olub.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə nəticəsində “Jiquli”də olan bir ailənin 3 üzvü - rayonun Hacıqasımlı kənd sakinləri - 1975-ci il təvəllüdlü Şirinov Zahir Əmirxan oğlu, onun 2004 və 2005-ci il təvəllüdlü oğulları Şirinov Sübhan və Şirinov Aqşin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


*** 23:1

Saatlı rayonunda  ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində “Mercedes” və “VAZ” markalı avtomobillər toqquşub.

Yol qəzası nəticəsində bir ailənin üç üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi