Saatlıda yas mərasimləri aşkar edilib

Saatlıda yas mərasimləri aşkar edilib ​​​​​​​Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayon ərazisindəki 2 fərdi yaşayış evində yas mərasimlərinin keçirildiyi aşkar edilib
Hadisə
14 Aprel , 2021 10:33
Saatlıda yas mərasimləri aşkar edilib

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayon ərazisindəki 2 fərdi yaşayış evində yas mərasimlərinin keçirildiyi aşkar edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, həmin ünvanlara baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib. Orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimlərdə iştirak edən 7 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi