Saatlıda yas mərasimi aşkar edilib

Saatlıda yas mərasimi aşkar edilib Gomuşçu kəndindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib
Hadisə
13 Aprel , 2021 11:03
Saatlıda yas mərasimi aşkar edilib

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Gomuşçu kəndindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimdə iştirak edən 3 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi