Saatlıda yanğın olub, xəsarət alan var

Saatlıda yanğın olub, xəsarət alan var Evin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
29 Mart , 2021 08:48
Saatlıda yanğın olub, xəsarət alan var
0 : 00
0 : 00

Saatlı rayonunun Qıraqlı kəndində ümumi sahəsi 130 m² olan tikintisi başa çatmayan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”a daxil olan məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi