Saatlıda xüsusi karantin rejimini pozan 19 nəfər saxlanıldı

Saatlıda xüsusi karantin rejimini pozan 19 nəfər saxlanıldı Saatlıda “Aşura” mərasimi keçirmək istəyən 19 nəfər saxlanılıb.
Hadisə
30 avqust 2020 11:16
Saatlıda xüsusi karantin rejimini pozan 19 nəfər saxlanıldı

Saatlıda “Aşura” mərasimi keçirmək istəyən 19 nəfər saxlanılıb.

Bu barədə “Report”un Aran bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. 

Belə ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə bağlı edilən xəbərdarlıqlara baxmayaraq bir qrup şəxsin şəhər ərazisində yerləşən parkların birində "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 19 nəfər Polis Şöbəsinə gətirilib.

Karantin qaydalarını pozan həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi