Saatlıda sürücü yol qəzasında xəsarət aldı

Saatlıda sürücü yol qəzasında xəsarət aldı Saatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 May , 2020 22:12
Saatlıda sürücü yol qəzasında xəsarət aldı

Saatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Dədə Qorqud kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Zeynalov Ramin Böyükağa oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb. O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi