Yuxarı

Saatlıda qəzaya düşən yaralının yaxınları xəstəxanada həkimi döyüb

Saatlıda qəzaya düşən yaralının yaxınları xəstəxanada həkimi döyüb
Hadisə həkim yaralı qadına ilkin tibbi yardım göstərən zaman baş verib

Saatlı. 6 sentyabr. REPORT.AZ/ Saatlıda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonda fəaliyyət göstərən Xəyal restoranının yaxınlığında qeydə alınıb.

Avtomobil qəzası nəticəsində rayonun Azadakənd kənd sakini, 47 yaşlı İlhamə Yəhya qızı Qurbanova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əldə etdiyimiz məlumata görə, xəstəxanada həkim Asif Həsənov qadına ilk tibbi yardım göstərərkən yaralının yaxınları tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi