Saatlıda qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb

Saatlıda qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb Saatlı. 9 noyabr. REPORT.AZ/ Saatlı rayonunda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.
Hadisə
9 Noyabr , 2018 14:58
Saatlıda qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb

Saatlı. 9 noyabr. REPORT.AZ/ Saatlı rayonunda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

"Report"un Aran bürosunun məlumatına görə, Saatlı rayon Polis şöbəsinə (RPŞ) noyabrın 5-dən 8-dək olan müddətdə rayonun Qaracalar kənd qəbiristanlığında qəbirlərin kənarındakı alüminium məhəccərlərin sökülərək oğurlanması barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Qaracalar kənd sakini Ziya Qasımov və Bərdə rayon sakini Həbib Mahmudov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. 

Faktla bağlı Saatlıda RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi