Saatlıda “Qazel” at arabasını vurub, xəsarət alan var

Saatlıda “Qazel” at arabasını vurub, xəsarət alan var Saatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
4 Dekabr , 2019 11:32
Saatlıda “Qazel” at arabasını vurub, xəsarət alan var

Saatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaranuru kəndi ərazisində qeydə alınıb.

Belə ki, Hüseynov Kamil Ələsgər oğlu idarə etdiyi “Qazel” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gedən at arabasını vurub. Qəza nəticəsində at arabasında olan, 1996-cı il təvəllüdlü Abbasquliyev Nurlan Kamil oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi