Saatlı rayonunda su kanalına düşərək boğulan qadının şəxsiyyəti məlum olub.
“Report”ın Aran bürosunun məlumatına görə, 1976-cı il təvəllüdlü Fətəlikənd sakini Pənahova Rəqibə Həsənxan qızı Sahil kanalından su gətirməyə gedib.
Qadın vedrələrə su doldurmaq istəyən zaman sürüşərək kanala düşüb və nəticədə boğularaq ölüb. Bundan xəbər tutan ətrafdakılar qadını kanaldan çıxartsalar da, artıq gec olub.
Faktla bağlı araşdırma aparılır.
*** 19:23
Saatlı rayonunda orta yaşlı qadın su kanalına düşərək boğulub.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Fətəlikənd kəndi ərazisində yerləşən Sahil su kanalında baş verib.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın su kanlından su götürmək istəyərkən ayağı sürüşərək kanala düşüb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Meyit müayinə olunması üçün