Saatlıda polisi bıçaqlayan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Saatlıda polisi bıçaqlayan şəxsin kimliyi məlum olub - YENİLƏNİB Onun axtarışları davam etdirilir
Hadisə
108
22 Yanvar , 2018 10:11
Saatlıda polisi bıçaqlayan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Saatlı. 22 yanvar. REPORT.AZ/ Saatlı rayonunda polis əməkdaşını bıçaqlayan şəxsin kimliyi məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisəni törədən şəxs Saatlı rayon sakini, 1969-cu il təvəllüdlü Şöhrət Ağazədə oğlu Əliyevdir. O, polis əməkdaşı, 1983-cü il təvəllüdlü Əvəz Eynullayevi bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

Hazırda Ş.Əliyevin axtarışları davam etdirilir.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


***19:24

Saatlı. 21 yanvar. REPORT.AZ/ Saatlı rayonunda polis əməkdaşı bıçaqlanıb. 

"Report"un Aran bürosunun məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşı, 1983-cü il təvəllüdlü Əvəz Eynullayev naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdımalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi