Saatlıda mühafizəçilər çalışdığı şirkətdən 170 min manatlıq oğurluq ediblər

Saatlıda mühafizəçilər çalışdığı şirkətdən 170 min manatlıq oğurluq ediblər Saatlı rayonunda oğurluq edən şəxslər saxlanılıb.
Hadisə
5 Avqust , 2019 17:24
Saatlıda mühafizəçilər çalışdığı şirkətdən 170 min manatlıq oğurluq ediblər

Saatlı rayonunda oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə "Report"un Aran bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyulun 29-da MMC-lərdən birindən ümumi dəyəri 164 900 manat olan boruların oğurlanması ilə bağlı Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət daxil olub. 

Saatlı RPŞ-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, həmin MMC-də mühafizəçi işləyən Talıb Cəfərov və Vidadi İsmayılov saxlanılıb. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər və oğurlanan boruların müəyyən bir qismi maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi