​Saatlıda narkotik bitkilərin becərilməsi ilə məşğul olan qardaşlar tutulub - FOTO

​Saatlıda narkotik bitkilərin becərilməsi ilə məşğul olan qardaşlar tutulub - FOTO 42 çətənə kolu aşkar edilərək götürülüb
Hadisə
2 İyun , 2016 06:46
​Saatlıda narkotik bitkilərin becərilməsi ilə məşğul olan qardaşlar tutulub - FOTO

Saatlı. 2 iyun. REPORT.AZ/ Saatlıda narkotik bitkilərin becərilməsi ilə məşğul olan qardaşlar saxlanılıb.

“Report” xəbər verir ki, Saatlı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhərin Mikayıl Müşfiq küçəsində yaşayan 41 yaşlı Eldəniz Feyruz oğlu Nərimanov və qardaşı 57 yaşlı Famil Nərimanov şübhəli şəxs qismində saxlanılıb.

Onların yaşadıqları həyətyanı sahələrə baxış keçirilən zaman aqrotexniki qaydada becərilmiş 42 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib. Hal şahidlərinin iştirakı ilə çətənə kolları çıxarılaraq qablaşdırılıb və şöbəyə aparılıb. İlkin istintaq zamanı qardaşlar törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Saatlı rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi