Saatlıda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı

Saatlıda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı Onunla izahedici söhbətlər aparılıb
Hadisə
3 Aprel , 2021 12:13
Saatlıda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Qıraqlı kənd sakini Gülalı Miralıyev koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

G.Miralıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.

Son xəbərlər

Orphus sistemi