Saatlıda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib

Saatlıda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib Saatlıda koronavirus xəstəsi müalicə aldığı ünvanı tərk edib
Hadisə
24 Aprel , 2021 10:12
Saatlıda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Saatlı rayon sakini G.Şükürovanın koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar- karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

G.Şükürova polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Son xəbərlər

Orphus sistemi