Saatlıda müalicə aldığı ünvanı tərk edən COVID-19 xəstələri müəyyən edilib

Saatlıda müalicə aldığı ünvanı tərk edən COVID-19 xəstələri müəyyən edilib Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Hadisə
15 Dekabr , 2020 12:58
Saatlıda müalicə aldığı ünvanı tərk edən COVID-19 xəstələri müəyyən edilib
0 : 00
0 : 00

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş rayon sakinləri Sərraf HüseynovŞəmsi Cəfərovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanları tərk edərək xəstəliyin yayılması üçün real təhlükə yaratdıqları müəyyən olunub. Həmin şəxslər rayon ərazisində aşkar olunub və yaşadığı ünvanlara geri qaytarılıblar. Onlarla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkidyi deyilib.

Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi