Saatlıda minik avtomobili yanıb

Saatlıda minik avtomobili yanıb Saatlı. 26 dekabr. REPORT.AZ/ Saatlı rayonunda minik avtomobili yanıb.
Hadisə
277
26 Dekabr , 2018 15:17
Saatlıda minik avtomobili yanıb
0 : 00
0 : 00

Saatlı. 26 dekabr. REPORT.AZ/ Saatlı rayonunda minik avtomobili yanıb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qarayevkənd kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Şirvan şəhər sakini Zaur Musayev avtomobillə hərəkətdə olarakən maşının ön panelinin tüstüləndiyini görüb. O, maşınına elektrik verilişini dayandırsa da, ancaq yanğının qarşısını ala bilməyib. Sürücü xəsarət almasa da, avtomobili tamamilə yanaraq sıradan çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi