Yuxarı

Saatlıda mənşəyi məlum olmayan 1 ton əti satmaq istəyən şəxslər saxlanılıb

Onlar əldə etdikləri xəstə atları kəsərək Bakı şəhərində mal əti adı ilə satışını təşkil etmək istəyiblər

Bakı. 15 aprel. REPORT.AZ/ İnsan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının, o cümlədən ölkənin maliyyə sisteminə təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının, eləcə də psixotrop tərkibli dərman preparatlarının qanunsuz alqı-satqısının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən bir neçə uğurlu kompleks əməliyyat tədbirləri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Saatlı rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Saatlı rayon sakinləri - əvvəllər məhkum olunmuş Adıgözəl Xəlilov və Elduz Novruzov mənşəyi məlum olmayan 1 ton əti satmaq istəyərkən saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, hər iki şəxs Saatlı və ətraf rayonlardan əldə etdikləri xəstə atları kəsərək Bakıda mal əti adı ilə satışını təşkil etmək istəyiblər.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti istifadəyə tam yararsızdır və insan sağlamlığına təhlükə yarada bilər.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanıb. Araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi