Saatlıda mağazada yanğın olub

Saatlıda mağazada yanğın olub Saatlı rayonunda mağazada yanğın olub.
Hadisə
20 Yanvar , 2022 17:33
Saatlıda mağazada yanğın olub
0 : 00
0 : 00

Saatlı rayonunda mağazada yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Çolpı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə, içərisində 5 ədəd soyuducu, 1 ədəd kondisioner və ərzaq malları yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi