Saatlıda kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu aşkar edilib

Saatlıda kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu aşkar edilib Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır
Hadisə
113
25 May , 2021 09:05
Saatlıda kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu aşkar edilib

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Mustafabəyli kənd sakini Fariz Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi