Yuxarı

Saatlıda kriminal avtoritet kimi tanınan şəxs başından güllələnərək qətlə yetirilib - YENİLƏNİB

Saatlıda kriminal avtoritet başından güllələnərək ölüdürülüb
Faktla bağlı araşdırmalara başlanılıb

Saatlı. 25 noyabr. REPORT.AZ/ Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, 1967-ci il təvəllüdlü kənd sakini Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus "BMW" markalı avtomobildə aşkar edilib.

Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib.

Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil.

Adıçəkilən şəxsin dəfələrlə məhkumluq həyatı yaşadığı qeyd olunur.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


*** 01:35

Saatlı. 25 noyabr. REPORT.AZ/ Saatlı rayonunda qətl olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Azadkənd kəndi ərazisində baş verib. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan yerli sakin odlu silahdan açılan atəşlə öldürülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Bundan əvvəl Cəlilabadda silahlı insidentə görə saxlanılan kriminal avtoritetin həbs müddəti uzadılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi