Saatlıda karantin qaydalarının pozulduğu iki toy məclisi aşkar edilib

Saatlıda karantin qaydalarının pozulduğu iki toy məclisi aşkar edilib Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Dəllər və Naharlı kəndlərində yerləşən iki fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin
Hadisə
278
18 Noyabr , 2021 08:59
Saatlıda karantin qaydalarının pozulduğu iki toy məclisi aşkar edilib

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Dəllər və Naharlı kəndlərində yerləşən iki fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Polis əməkdaşları tərəfindən məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə hər iki ev sahibi inzibati qaydada məsuliyyətə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi