Saatlıda həyətində narkotik yetişdirən şəxs saxlanıldı

Saatlıda həyətində narkotik yetişdirən şəxs saxlanıldı Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir
Hadisə
19 May , 2021 16:21
Saatlıda həyətində narkotik yetişdirən şəxs saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan "Report"a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Mircəlal kənd sakini Mirəli Kazımov saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 18 ədəd çətənə bitkisi aşkarlanıb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi